Senat ABŞ qoşunlarının Suriyadan çıxarılmasına çağırış etdi
Dünya
10.12.2024 09:34
Respublikaçı senator Randal Paul sosial mediada bildirib ki, ABŞ hakimiyyəti Suriyada qalan Amerika qüvvələrini çıxarmalıdır.
TodayPress xəbər verir ki, o, çağırışında qeyd edib:
“Əsgərlərimizi evə gətirin! Suriyaya səpələnmiş 900 ABŞ əsgəri çəkindirici deyil, hədəfdir” deyə Paul yazıb.
Qeyd edək ki, bundan əvvəl Pentaqon ABŞ-nin bu ölkədə hərbi mövcudluğunu genişləndirməyi planlaşdırmadığını bildirmişdi.
Xatırladaq ki, 2014-cü ildə ABŞ-nin rəhbərlik etdiyi 60 ölkədən ibarət beynəlxalq koalisiya Suriyada fəaliyyətə başlayıb.
O, İŞİD-lə mübarizə aparmağı hədəflədiyini bəyan edərək ölkədə gedən vətəndaş müharibəsinə müdaxilə edib.
Günəş Mərd
tag: ABŞ, İŞİD, randal Paul, Amerika, todaypress.az,