Sena çayının çirkli olması olimpiya iştirakçıları üçün təhlükə yaradır - KİV
Sena çayının “E.coli” və
“enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək
Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.
TodayPress xəbər verir ki, bu
barədə Britaniyanın “Time” jurnalı yazır.
Belə ki, iyulun sonunda
aparılan testlər suda təhlükəli bakteriyaların, xüsusən də “E.coli” və
“enterokok”ların səviyyəsinin yüksək olduğunu göstərib.
Bakteriyaların səviyyəsi bir
sıra amillərdən asılı olaraq dəyişir: yağışın miqdarı, günəşli günlər və çayın
sürəti. Belə ki, Paris hakimiyyət orqanlarının dərc etdiyi həftəlik hesabatlara
əsasən, iyunun 24-dən iyulun 2-dək çaydakı su doqquz günün altısında Avropa
standartlarına uyğun üzmək üçün yararlı olub.
“Çayda bakteriyaların səviyyəsi dəyişməyə davam edərsə, səlahiyyətlilər çayın planlaşdırılan yarışlar zamanı üzmək üçün təhlükəsiz olduğuna qərar verərsə, idmançılar sağlamlıq riskləri ilə üzləşə bilərlər. Belə ki, çayda aşkarlanan bakteriyalar mədə-bağırsaq xəstəliklərinə, o cümlədən qusma və ishallara səbəb ola bilər. Bu cür simptomlar yarışlarda iştirak etmək üçün əla fiziki formada olan idmançıları mütləq sevindirməyəcək” deyə məqalədə deyilir. (report.az)
tag: Sena, E.Coli, Olimpiya, Paris, todaypress.az,