Selena Qomez Trampın fərmanlarına qarşı çıxdı
Dünya
28.01.2025 13:48
Müğənni Selena Qomez "Instagram"da göz yaşlarına boğulduğu videosunu pərəstişkarları ilə paylaşıb.
TodayPress xəbər verir ki, bu barədə “Entertainment Weekly" (EW) nəşri məlumat yayıb.
“Çox üzr istəyirəm. Bütün xalqım hücuma məruz qalır. Heç nə başa düşmürlər. Bağışlayın, mən nəsə etmək istərdim, amma necə edəcəyimi bilmirəm” deyə o Meksika bayrağı ilə bərabər çıxış edib.
Nəşrin məlumatına görə, sənətçi daha sonra sosial şəbəkələrdəki paylaşımı silib, lakin o vaxta qədər video artıq yayılıb.
Qeyd edək ki, müğənninin bu cür paylaşımına əsas səbəb ABŞ prezidenti Donald Trampın “Meksikada qal” proqramının bərpa olunduğunu elan etməsindən sonra administrasiyasının qeyri-qanuni miqrantların ölkədən mühakimə olmadan deportasiyasına icazə verməsidir.
Müğənni Selena Qomez ABŞ-də dünyaya gəlsə də, tez-tez meksikalı mənşəyi haqqında danışır. 2019-cu ildə o, ABŞ-də sənədsiz immiqrantların ailələrinin həyatından bəhs edən "Netflix" sənədli filminin icraçı prodüseri vəzifəsində çalışıb.
Töhfə Səməd
tag: Müğənni ,Selena Qomez,Instagram,Meksika ,Donald Tramp,todaypress.az,