Sel və torpaq sürüşmələri nəticəsində 13 nəfər həlak oldu
Dünya
01.07.2024 22:26
Qırğızıstanın
cənub-qərbində sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 13-ə
yüksəlib.
TodayPress xəbər
verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, cümə
günü Oş vilayətinin Nookat bölgəsində yağan güclü yağış sel sularına səbəb
olub. Nəticədə iki körpü və elektrik dirəkləri zədələnib, 15 fərdi evin
həyətini su basıb. Ərazidə fövqəladə vəziyyət elan edilib.
Məlumata görə,
ölənlərdən dördü Qırğızıstana ziyarətə gələn Qazaxıstan vətəndaşlarıdır.
Bölgədə
axtarış-bərpa işləri davam edir.
tag: Qırğızıstan, Torpaq sürüşmələri,Nookat,Qazaxıstan, todaypress.az,