Şəkər ixracına müvəqqəti qadağa tətbiq edildi
Dünya
14.06.2024 13:40
Qazaxıstanda şəkərin
ixracına müvəqqəti qadağa 2024-cü il iyunun 14-dən qüvvəyə minib.
TodayPress bu
barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
“Qazaxıstandan
şəkərin ixracına müvəqqəti qadağa 2024-cü il avqustun 31-dək davam edəcək. Bu,
şəkərin respublika ərazisindən beynəlxalq tranzitinə, həmçinin bu məhsulların
Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında daşınmasına şamil edilmir”
deyə məlumatda qeyd edilib.
Bildirilib ki,
müvəqqəti məhdudiyyətlərin tətbiqi barədə qərar yay aylarında Qazaxıstanda həm əhali,
həm də sənaye istehlakçıları tərəfindən şəkərə daxili tələbatın artması nəzərə
alınaraq qəbul edilib.
Məlumata görə,
ümumilikdə ölkədə mövcud olan şəkər ehtiyatı yeni şəkər çuğunduru yığımına qədər
şəkərə olan tələbatı ödəməyə kifayət edir.
tag: Qazaxıstan, Şəkər, Avrasiya İqtisadi İttifaq, KTN, todaypress.az,