Şəhər meri istefa verdi
Orenburqun Orsk şəhərinin meri Vasili Kozupitsa istefa verib.
TodayPress xəbər verir ki, bu barədə Orenburq vilayətinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.
O, iyulun 10-da keçiriləcək növbəti iclasda iştirak etməyəcəyini bildirib.
Xatırladaq ki, aprelin 5-də Orskda su bəndinin uçması nəticəsində şəhər su altında qalıb. Evlərindən təxliyə edilən minlərlə vətəndaş məsələ ilə bağlı merə şikayət etsə də, istədikləri nəticəni ala bilməyiblər. Orsk sakinləri şəhər administrasiyasına etiraz edərək, daşqınla bağlı hakimiyyətin hərəkətsiz qaldığını və bundan narazı olduqlarını bildiriblər.
Töhfə Səməd
tag: Orenburq, Orsk, Vilayət, Sakinlər, Daşqın, todaypress.az,