Şəhər meri güllələndi – Polis hərəkətə keçdi

Dünya

04.06.2024 13:08

Meksikanın Miçoakan ştatında Kotija şəhərinin meri Yolanda Sançes Fiqeroa güllələnib. 

TodayPress xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.  

Qeyd olunur ki, həmin ştatda yerli seçkilərdə səsvermənin başlamasına bir neçə saat qalmış daha bir namizəd Quietseo İsrael Delqado öldürülüb. Hər iki faktla bağlı araşdırma aparılır. Cinayətkarların tez bir zamanda tapılaraq, məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyata başlanılıb.

Xatırladaq ki, analoji hal Meksikanın Koyuka de Benites şəhərində də yaşanıb. Şəhər meriyasına namizədi Xose Alfredo Kabrera Barrientos seçki kampaniyasının yekun mitinqində güllələnib.  

Günəş Mərd

tag: Mer, Polis, Meksika, Miçoakan, Quietseo, todaypress.az,