Səfir: “Livan yeni müharibə istəmir”

Dünya

21.08.2024 11:36

Livan münaqişənin genişlənməsi və genişmiqyaslı müharibəyə çevrilməsini istəmir.  

TodayPress xəbər verir ki, bu barədə Livanın Rusiyadakı səfiri Şavki Fares Bou Nassar  “TASS”a müsahibəsində bildirib.   

Onun sözlərinə görə, hazırda Livan və bütövlükdə region çətin və çox təhlükəli dövrlərdən keçir. Münaqişənin müharibəyə çevrilməsi təhlükəsi daim mövcuddur. Livan hökuməti bunu istəmir:

“Hər şey İsrail hökumətinin əlindədir. Onlar BMT-nin Qəzzada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qətnaməsinə əməl etsələr, bu, regionda sülh və sabitliyə doğru ilk addım olacaq. Yəni sabitliyin açarı Qəzzada hərbi əməliyyatların dayandırılmasıdır”.

Günəş Mərd

tag: Livan, Münaqişə, BMT, Qəzza, İsrail, todaypress.az,