Səfərbərlikdən yayınaraq ölkə xaricinə qaçmaq cəhdi baş tutmadı
Ukrayna Polisi dondurulmuş ət daşıyan mikroavtobuslarda ölkəni tərk etməyə çalışan 16 nəfəri saxlayıb.
Todaypress xəbər verir ki, bu barədə polis şöbəsi məlumat yayıb.
“Sürücülər hərbi xidmətə çağırılan 16 nəfəri mal-qara əti ilə birgə soyuducuda gizlədib və nəzarət-buraxılış məntəqələrindən birindən Moldova Respublikasına qanunsuz keçirməyə cəhd ediblər” deyə məlumatda əlavə edilib.
Bildirilib ki, ölkədə qaçaqmalçılıqla məşğul olanlar hazırki vəziyyətdən sui-istifadə edərək ölkə xaricinə çıxmaq üçün tələb etdikləri pulu 3 dəfəyə qədər artırıblar. Ukraynadan qaçmaq istəyən vətəndaşlar bunun üçün gərək 8-10 min ABŞ dolları ödəsinlər.
Qeyd edək ki, övladlarını cəbhəyə göndərmək istəməyən ukraynalı valideynlər uşaqlarını xaricə göndərməyə başlayıblar.
Töhfə Səməd
tag: Səfərbərlik, Sürücü, Ukrayna, ABŞ,