Seçkini uduzan baş nazir istefa verdi
Dünya
10.06.2024 08:14
Belçikada keçirilən ümumi seçkilərin ilk nəticələri ortaya çıxmağa başlayıb.
TodayPress xəbər verir ki, ölkənin federal məclisi və regional parlamentlər üçün səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb. İlk nəticələrə görə, məğlub olan baş nazir Alexander De Kro verdiyi açıqlamada istefa verəcəyini açıqlayıb. Partiyasının seçkiləri uduzduğunu qəbul etdiyini bildirən De Kro, "Bu gecə çox həssas gecədir. Qəbul etməliyəm ki, biz uduzduq. Sabah istefamı təqdim edəcəm" deyə bildirib.
Ümumi seçki nəticələrinə görə, ölkədə solçu partiyaların səs payı azalarkən, Flaman qanadında sağ və ifrat sağçı partiyaların birinci yerdə olduğu görülür. Baş nazir De Kronun partiyasının federal hökumətdə və ya Flamand hissəsində qurulacaq hökumətlərdə iştirak etməsi gözlənilmir.
GÜNEL
tag: Belçika, Baş nazir,Alexander De Kro, Partiya, todaypress.az,