Seçki öncəsi “Gürcü arzusu”nun reytinqi artdı

Dünya

09.10.2024 18:30

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının reytinqləri yüksəlir.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Gürcü arzusu” fraksiyasının sədr müavini Levan Maçavariani deyib.

“İmedi” televiziya şirkətinin sifarişi ilə GORBI Beynəlxalq İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğusunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti “Gürcü arzusu”na səs verib. Biz dəfələrlə bəyan etmişik ki, reytinqimiz 60% daxilindədir və oktyabrın 26-na yaxınlaşdıqca bu reytinq artacaq” Maçavariani bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” Gürcüstanın sülh, ləyaqət və firavanlığının təminatçısıdır. 

Qeyd edək ki, GORBI-nin “Bu həftə parlament seçkiləri keçirilsə idi, kimə səs verəcəkdiniz?” sualına respondentlərin 59,5%-i “Gürcü Arzusu”nu dəstəkləyəcəyini bildirib. 

Günəş Mərd

tag: Gürcü arzusu,Gürcüstan,GORBI,Demokratik Gürcüstan,Levan Maçavariani,todaypress.az,