"Şaxta baba" iş adamını öldürdü
Dünya
03.01.2025 14:06
Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.
Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.
Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir.
tag: Rusiya, Şaxta baba, İş adamı, Qisas, todaypress.az,