Şarl Mişel və Josep Borrel İranın İsrailə hücumunu pislədi
Dünya
02.10.2024 08:44
Avropa İttifaqı İranın "regional
təhlükəsizliyə təhdid" olan İsrailə hücumunu qətiyyətlə pisləyir.
TodayPress xəbər verir ki, məlumatına görə, bu barədə
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqının (Aİ)
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel
bildirib.
“İranın İsrailə hücumunu qəti şəkildə qınayıram, bu,
regional təhlükəsizliyə təhdiddir” Mişel “X” sosial şəbəkəsində yazıb.
Mişelin sözlərinə görə, “Yaxın Şərqdə ölümcül eskalasiya
spiralı indi dayanmalıdır”. "Regional müharibə heç kimin maraqlarına uyğun
deyil. Aİ gərginliyin azaldılması və mülki əhalinin həyatının qorunması üçün
səyləri dəstəkləməyə hazırdır" əlavə edib.
tag: Avropa İttifaqı, Şarl Mişel, ABŞ, İran, İsrail, todaypress.az,