Şarl Mişel Körfəz ölkələrinə səfər edəcək
Dünya
27.08.2024 03:09
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Körfəz regionuna səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər avqustun 27-29-da baş tutacaq.
"Prezident Mişel
2024-cü il oktyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) və Körfəz
Əməkdaşlıq Şurası (KƏŞ) arasında ilk dəfə keçiriləcək Zirvə görüşü ilə bağlı
məsləhətləşmələr aparacaq. Yaxın Şərqdəki vəziyyət, Rusiyanın Ukraynaya qarşı
müharibəsi və ikitərəfli əməkdaşlığın bütün müvafiq aspektləri müzakirə
olunacaq" məlumatda qeyd olunub.
Bildirilib ki, Aİ
Şurasının prezidenti Dohaya səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının hazırkı
sədrliyi vəzifəsində olan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə
görüşəcək.
Ər-Riyadda isə o, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşəcək.
O, Ər-Riyadda olarkən Körfəz Əməkdaşlıq Şurasının baş katibi Yasem Al Budaivi ilə də görüşü planlaşdırılıb.
tag: Aİ, Avropa İttifaqı, Doha,Mişel,todaypress.az,