Şarl Mişel: "Aİ daha güclü olacaq"

Dünya

27.09.2024 09:18

"Avropa İttifaqı dünya səhnəsində daha müstəqil bir cəmiyyətə çevrilməlidir". 

TodayPress "TASS"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“Avropa İttifaqı daha güclü və daha muxtar olmalıdır. Siz dünya səhnəsində Aİ-nin səsini daha yüksək səslə və daha müstəqil eşidəcəksiniz” deyə o bildirib.

Mişel regional təşkilatların, eləcə də BMT-nin effektivliyinə və gücünə inandığını vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

Günəş Mərd

tag: Avropa İttifaqı ,BMT ,Mişel ,İslahatlar ,Cəmiyyət ,todaypress.az,