Sarımsağın möcüzəvi faydaları – Yüksək xolesterinə qarşı təbii üsul
Dünya
25.06.2024 13:05
Qlükoza və lipid mübadiləsinin pozulması bir sıra xroniki xəstəliklərə, o cümlədən ateroskleroz, şəkərli diabet və qaraciyər yağlanmasına səbəb ola bilər. Pəhrizə müntəzəm olaraq sarımsaq əlavə etməyin həm qan şəkərini, həm də xolesterini nəzarətdə saxladığı aşkarlanıb.
TodayPress xəbər verir ki, sarımsaqdan müntəzəm olaraq istifadə edənlərin laboratoriya testlərində qanda qlükoza səviyyəsinin daha aşağı olduğu, “pis” xolesterolun azaldığı müəyyənləşib. Sarımsağın müntəzəm yeyilməsi qan damarlarının elastikliyini artırır, iltihab nəticəsində yaranan damar zədələnmələrini əhəmiyyətli dərəcədə azaldır.
Sarımsağın tərkibindəki kimyəvi birləşmələr qan laxtalanmasını minimuma endirir, trombositlərin aqreqasiyasının qarşısını alaraq infarkt, iflic və yüksək təzyiq kimi sağlamlıq problemlərinin inkişafını ləngidir.
Məlumatlar bir daha sübut edir ki, ürək xəstəliyi riskini birbaşa azaltmaq üçün sarımsaqdan daha çox istifadə olunmalıdır.
tag: Sarımsaq,Fayda, Xolesterin, Qan Laxtalanması, Laboratoriya, todaypress.az,