Şantaj və təhdidlər əvəzinə... Gürcüstan ABŞ-yə şərt qoydu

Dünya

31.07.2024 12:43

“Vaşinqtonun qarşılıqlı addımlar atması Gürcüstanla ABŞ arasında münasibətlərdə dönüş nöqtəsi olacaq”.

TodayPress xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

O, ölkələr arasında münasibətlərdən danışaraq bildirib ki, Tbilisi hazırda gözləmə rejimindədir. Lakin Gürcüstan münasibətləri bərpa etməyə hazırdır. 

“Biz buna tamamilə hazırıq, təəssüf ki, biz bunun qarşılığını görmürük. Bu münasibətlərdə şantaj və təhdidlər əvəzinə, sağlam dialoq aparmalıyıq” deyə baş nazir bildirib. Kobaxidze ABŞ hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatlarını şantaj adlandırıb.

Töhfə Səməd

tag: Vaşinqton, Gürcüstan, Tbilisi, ABŞ,Kobaxidze, todaypress.az,