Sankt-Peterburqda silahlı şəxslər arasında atışma baş verdi

Dünya

14.07.2024 01:45

2827

Sankt-Peterburqda avtomat silahlarla silahlanmış şəxslər arasında silahlı qarşıdurma baş verib.

TodayPress xəbər verir ki, şəhərin Komendantski prospektində silahlı şəxslər arasında atışma və qışqırıq səsləri eşidilib.

Sakinlərin dediklərinə görə qara paltarlı və kamuflyajlı, tapança və avtomat silahlarla silahlanmış şəxslər bir-birlərinə, eləcə də havaya atəş açıb, sonra qaçıblar.

İstintaq Komitəsinin məlumatına görə, Sankt-Peterburqda atışma hadisəsi ilə bağlı cinayət işi açılıb.(apa.az)

tag: todaypress.az, Sankt-Peterburq,Atışma, Silahlı şəxslər, İstintaq Komitəsi,