Sankt-Peterburqda bank filialında partlayış baş verdi
Dünya
21.12.2024 22:44
Sankt-Peterburqun Sredneoxtinski prospektində yerləşən
bank filialında partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Mash” “telegram” kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, bankomata qaz vurulduqdan
sonra partlayış baş verib.
Məlumata görə, yanğınsöndürənlər və polis hadisə yerinə cəlb ediliblər.
İlkin məlumata görə, itki olmayıb.
Aynur TAC
tag: Sank-Peterburq, Rusiya, Bank, Partlayış, todaypress.az,