Sankt-Peterburq metrosunda atışma baş verdi
Sankt-Peterburq polisi şəhər metrosunda atəş açan sərnişini saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, hadisəni törədən şəxs 19 yaşlı işsiz Sankt-Peterburq sakini olub.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri şübhəli şəxsi polis bölməsinə aparıblar. Onun barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib və o, xüsusi təcridxanaya salınıb.
Töhfə Səməd
tag: Sankt-Peterburq,Polis,Atışma,todaypress.az,