Sankt-Peterburq aeroportunun fəaliyyəti dayandırıldı

Dünya

04.01.2025 11:03

Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

TodayPress xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir” məlumatda qeyd olunub.

tag: Sank-Peterburq, Aeroport ,Məhdudiyyət, Tətbiq, todaypress.az,