Sandu seçkilərə müdaxilədə ittiham edilir
Moldova müxalifəti hazırkı Rumıniya prezidenti Maya Sandunu Rumıniya seçkilərinə müdaxilədə ittiham edib.
TodayPress xəbər verir ki, bu barədə Liberal Demokrat Partiyasının (LDP) lideri, ölkənin sabiq Baş naziri Vladimir Filat özünün “Telegram” kanalında açıqlama verib.
“Gün ərzində Moldovada seçkilərə xarici müdaxilənin yolverilməzliyindən danışan Maya Sandu, əslində Rumıniyada baş verən seçki proseslərinə birbaşa təsir göstərir” deyə Filat bildirib.
O xatırladıb ki, Sandunun rəhbərlik etdiyi hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PDS) 2024-cü ilin noyabrında Rumıniyada keçirilən prezident seçkilərində rəsmi olaraq Milli Liberal Partiyanın (PNL) sədri Nikolae Çuke və “Rumıniya Qurtuluş İttifaqı”nın (USR) namizədi Elena Laskoni üçün təbliğat aparıb.
Filat iddia edir ki, PDS-in bu addımı Sosial Demokrat Partiyasının (PSD) sədri Marçel Çolakunun ikinci tura keçməsinə mane olub.
Qiymət Mahir
tag: Moldova,Rumıniya,Maya Sandu,Seçki,İttiham,todaypress.az,