Sandu: “Rusiya Moldovanın hava məkanını pozub”

Dünya

25.12.2024 15:30

Moldova prezidenti Maya Sandu dekabrın 25-nə keçən gecə Rusiya raketinin respublikanın hava məkanını pozduğunu iddia edib.   

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.  

Onun sözlərinə görə, Kreml Ukraynanın enerji infrastrukturuna hücum etməklə və Moldovanın hava məkanını raketlə pozmaqla məhvetmə yolunu seçir.    

“Bu hərəkətlər açıq şəkildə beynəlxalq hüququ pozur. Moldova bu hərəkətləri pisləyir və Ukrayna ilə tam həmrəydir” Sandu yazıb.   

Günəş Mərd

tag: Ukrayna, sandu ,Enerji ,Moldova , todaypress.az,