Sandu: “Moldova seçkilərdə korrupsiyaya görə fəlakətli vəziyyətdədir”
Dünya
25.10.2024 18:25
Moldova seçki korrupsiyası və seçici rüşvətinə görə fəlakətli vəziyyətə düşüb.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.
“Çox pulu olan insanlar Moldova suveren xalqının qərarını aldığı üçün fövqəladə vəziyyətdəyik. Seçki kampaniyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bu sahədə əli olan hər kəsi aşkar edib cəzalandırmalıdırlar” deyə siyasətçi bildirib.
O, əlavə edib ki, respublika hökuməti ölkədə oğruların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir.
Qeyd edək ki, Moldova Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 20-də keçirilən prezident seçkilərinin nəticələrinə yekun vurub. Hazırkı prezident Maia Sandu 656 min (42,49 faiz), onun rəqibi Aleksandr Stoyanoqlo isə 401 min (25,95 faiz) səs toplayıb.
Günəş Mərd
tag: Moldova, MSK, Maya Sandu, Seçki, todaypress.az,