Şalva Papuaşvili: Müxalifət seçkinin nəticələrini rədd etməyə hazırlaşır
Dünya
19.07.2024 01:00
Gürcüstan müxalifəti oktyabrın
26-na təyin edilmiş parlament seçkilərini qeyri-legitim elan etməyə hazırlaşır.
TodayPress “TASS”a istinadən xəbər
verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Gürcüstanın
“İmedi” televiziyasına açıqlamasında bildirib.
"Biz artıq görürük ki,
onlar ənənəvi olaraq bu seçkiləri hansısa yolla qeyri-legitim elan etməyə
hazırlaşırlar. Amma indi də əvvəlki kimi, həqiqətlə üzləşməli olacaqlar"
deyə Papuaşvili deyib.
Onun sözlərinə görə, müxalifət
əvvəllər də seçkilərin nəticəsini rədd edib, lakin heç nəyə nail olmayıb.
Xatırladaq ki, Gürcüstanda
2024-cü il oktyabrın 26-da parlament seçkiləri keçiriləcək. Parlament
respublikası olduğu üçün bu seçkilər ölkənin əsas seçkiləri hesab olunur.
“Gürcü Arzusu” partiyası 2012-ci ildən hakimiyyətdədir.
Nəzrin Cavadzadə
tag: Gürcüstan, Parlament, Müxalifət, Seçki, todaypress.az,