Salome Zurabişvili prezident iqamətgahını tərk etdi

Dünya

29.12.2024 12:15

Gürcüstan prezidentinin iqamətgahı - Orbeliani Sarayını tərk edən Salome Zurabişvili legitimliyi özü ilə aparacağını bildirib.

TodayPress, Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu S.Zurabişvili keçirdiyi brifinqə bildirib.

"Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə aparıram. Xalq olmayan yerdə legitimlik yoxdur. Mən sizinlə birlikdə olacağam" S.Zurabişvili tərəfdarları qarşısında bəyan edib.

tag: Gürcüstan ,Prezident,Orbeliani Sarayı,Salome Zurabişvili,todaypress.az,