Sakit Okean dəmir yolunun işə salınma tarixi açıqlandı
Dünya
26.09.2024 17:07
Sakit Okean dəmir yolu 2025-ci ildə istifadəyə veriləcək.
TodayPress xəbər verir ki, bu barədə “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin məlumat verib.
Dəmir yolu Yakutiyadakı Elginskoye yatağından Xabarovsk diyarındakı Elqa limanına qədər olan xüsusi bir xəttdir. Tikinti işlərini “Elgaugol” şirkəti həyata keçirir. Xətt kömür yatağı ilə Oxot dənizinin sahilindəki terminalı birləşdirəcək.
2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılan dəmir yolunun tikintisinə 2022-ci ildə başlanılıb.
Töhfə Səməd
tag: Sakit Okean ,Oxot Dənizi ,Dəmir Yol ,Tikinti İşləri ,Rusiya ,todaypress.az,