Şahbaz Şərif Türkiyə prezidentinə təşəkkür etdi

Dünya

08.05.2025 11:48

13

"Mən əziz qardaşım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və ona bu kritik anda Pakistana göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür etdim". 

TodayPress xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Hindistana şücaət və peşəkarlıqla cavab verən silahlı qüvvələrimizin göstərdiyi qəhrəmanlıq haqqında prezident Ərdoğana məlumat verdim. Biz nəyin bahasına olursa olsun suverenliyimizi və ərazi bütövlüyümüzü qoruyacağıq. Pakistan Cənubi Asiyada gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdardır" deyə Baş nazir yazıb.

Töhfə Səməd

tag: Türkiyə,Pakistan,Şahbaz Şərif,Ərdoğan,Təşəkkür,Todaypress.az,