Şahbaz Şərif Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırdı

Dünya

07.05.2025 11:19

11

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Pakistan, Cammu və Kəşmir ərazisində yerləşən terror düşərgələrinə endirdiyi zərbələrdən sonra Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Atta Tarar məlumat verib.

İclasda ölkənin silahlı qüvvələrinin rəhbərlərinin də iştirakı nəzərdə tutulur.

Gündəlikdə təhlükəsizlik vəziyyəti, Hindistanın sərhədyanı zərbələri və buna qarşı Pakistanın verəcəyi cavab müzakirə olunacaq.

Töhfə Səməd

tag: Pakistan,Hindistan,Şahbaz Şərif,todaypress.az,