Sağçı partiya Almaniya kanslerliyinə namizəd irəli sürdü

Dünya

07.12.2024 17:50

Sağçı “Almaniya üçün Alternativ ” (AfD) partiyası həmsədr Elis Vaydeli qarşıdan gələn parlament seçkilərində kansler postuna namizəd kimi rəsmən irəli sürüb. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Vaydel mətbuat konfransında onun kanslerliyə namizəd kimi irəli sürülməsi ilə bağlı yekdil qərara görə partiyanın federal idarə heyətinə təşəkkür edib. Qeyd edib ki, o, Ukraynaya silah tədarükünün dayandırılmasının tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə çalışır.

Son sorğulara görə, AfD sabit mövqeyini qoruyur, təxminən 20 faiz reytinqlə Xristian Demokratik və Xristian Sosial Birlik (CDU/CSU) blokundan sonra ikinci yerdədir.

Qeyd edək ki, Almaniyada erkən seçkilər fevralın 23-nə təyin edilib. 

Töhfə Səməd

tag: Mövqe ,Reytinq ,Almaniya, Namizəd ,todaypress.az,