Sabiq nazir Kurska hücumun hədəflərini açıqladı

Dünya

10.08.2024 14:20

Kiyev uzun müddətdir ki, bu əməliyyatı planlaşdırırdı. Məqsəd Rusiya qüvvələrini cəbhənin digər bölmələrindən yayındırmaq və döyüş əməliyyatlarını kənar ərazilərə keçirmək idi.

TodayPress bildirir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk bildirib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiya ərazisini uzun müddət özündə saxlamaq niyyətində deyil.

Zaqorodnyuk bildirib ki, Ukrayna qoşunları döyüş əməliyyatlarını Rusiya ərazisinə keçirməklə yanaşı, əhali arasında döyüşlərə dəstəyi azaltmaq, həmçinin, rus qoşunlarının zəif tərəflərini müəyyən etmək və təşəbbüsü ələ keçirmək kimi tapşırıqlar alıb.

tag: Kiyev, Ukrayna, Rusiya, Zaqorodnyuk, Müdafiə Nazirliyi, todaypress.az,