Sabiq Baş Qərargah rəisi evində ölü tapıldı
Dünya
17.06.2024 16:30
İtaliyanın keçmiş Baş Qərargah rəisi, hərbi gəmilər istehsal edən “Fincantieri” şirkətinin prezidenti Klaudio Qratsiano evində ölü tapılıb.
TodayPress İtaliyanın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, 70 yaşlı Qratsiano bu səhər Romadakı evində mühafizəçisi tərəfindən ölü tapılıb.
Bir müddət əvvəl həyat yoldaşını itirən Qratsianonun intihar etdiyi güman edilir. Onun ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Qratsianonun ölüm xəbərindən sonra “Fincantieri” şirkəti səhmlərinin yüzdə 3 civarında dəyər itirib.
Günəş Mərd
tag: İtaliya, Baş Qərargah, Hərbi Gəmi, Roma, todaypress.az,