Sabiq baş nazir və müdafiə nazirinə cinayət işi açıldı
Slovakiyanın keçmiş baş naziri Eduard Heqer və keçmiş müdafiə naziri Yaroslav Nağıya qarşı cinayət işi açılacaq.
TodayPress xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Ukraynaya “MiQ-29” təyyarələrinin verilməsi olub. Bunu Slovakiya Müdafiə Nazirliyinin dövlət katibi İqor Meliher deyib.
"Bu qərardan sonra Slovakiyanın səması müdafiəsiz qaldı və vətəndaşlar risk altında qaldı" deyə o bildirib. (modern.az)
tag: Baş Nazir, Slovakiya, Eduard Heqer, Yaroslav Nağı, Cinayət, todaypress.az,