Saakaşviliyə qarşı yeni ittiham irəli sürüldü, həbs qərarı verildi
Dünya
02.08.2024 20:19
Gürcüstanın keçmiş prezidenti,
hazırda həbsdə olan Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı
üzrə həbs qətimkan tədbiri seçilib.
TodayPress “Exo Kavkaza”ya
istinadən xəbər verir ki, qərar prokurorun təqdimatı əsasında verilib və işə
yenidən baxılacağı üçün şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərə
biləcəyi ilə əsaslandırılıb.
Xatırladaq ki, keçmiş prezident 2021-ci il sentyabrın 29-da gəlib, oktyabrın 1-də isə həbs olunub. Bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanalarda keçirib.
tag: Saakaşvili, Gürcüstan, Həbs,İttiham, todaypress.az,