Saakaşvilinin son durumu açıqlandı

Dünya

25.07.2024 13:00

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

“Saakaşvilinin səhhəti daim diqqətimizdədir. Mən çox şadam ki, onun səhhəti yaxşılaşıb” deyə Breqadze vurğulayıb.

Qeyd edək ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili həbsini siyasiləşmiş hesab edərək aclıq aksiyasına başlayıb. Daha sonra, 2022-ci ilin mayında onun səhhəti ciddi şəkildə pisləşib və müayinə üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. 

Günəş Mərd

tag: Saakaşvili, Gürcüstan, Səhhət, Eks-Prezident, Breqadze, todaypress.az,