Saakaşvilinin partiyası qadağan olunacaq
Dünya
20.08.2024 11:23
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrda keçiriləcək seçkilərdə parlamentdə üstünlüyü qoruyub saxlayarsa, eks-prezident Mixeil Saakaşvilinin müxalif Vahid Milli Hərəkat partiyasını konstitusiyaya zidd elan edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun bəyanatında bildirilib.
Qeyd olunub ki, parlamentdə səs çoxluğu əldə etmək “Gürcü arzusu”nun siyasi sistemi təkmilləşdirməsi üçün zəruridir və Saakaşvilinin Vahid Milli Hərəkat partiyası siyasətdən ayrılmadan bu, mümkün görünmür.
Xatırladaq ki, bundan öncə Gürcüstanın Baş nazir İrakli Kobaxidze bəyan etmişdi ki, Gürcüstanın sabiq Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasının parlament seçkilərində qalib gəlməsi ölkənin Avropaya inteqrasiyasının dayanmasına gətirib çıxaracaq və bölgədə ikinci cəbhə açılacaq.
Günəş Mərd
tag: Gürcüstan, Baş Nazir, İrakli Kobaxidze ,Mixeil Saakaşvili,Avropa, todaypress.az,