Saakaşvilinin partiyası “Nürnberq məhkəməsi” ilə hədələnir

Dünya

22.08.2024 11:19

2018

Gürcüstanda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının rəhbəri Bidzina İvanişvili bildirib ki, payızda keçiriləcək parlament seçkilərindən sonra keçmiş prezident Mixeil Saakaşvilinin müxalifət partiyası olan “Vahid Milli Hərəkat” üçün “Nürnberq məhkəməsi” təşkil edəcək. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Onun sözlərinə görə, burada xalq çoxluğu bütün anti-dövlət işlərinə imza atmağa hazır olan bu birliyə düzgün hökm çıxaracaq.  

Qeyd edək ki, bundan əvvəl "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası Saakaşvilinin partiyasını qadağan etməyə çağırmışdı. 

Günəş Mərd

tag: Gürcüstan,Demokratik Gürcüstan,Gürcü Arzusu,Vahid Milli Hərəkat , Bidzina İvanişvili, todaypress.az,