Saakaşvilinin həbs müddəti uzadıldı
Dünya
24.12.2024 18:50
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı həbs-qətimkan tədbirini davam etdirib.
TodayPress xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 24-də keçirilən iclasda Saakaşvilinin vəkili Beka Basilaya həbsin ləğvi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, həbs kimi qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur. Çünki məhkəmə tezliklə iş üzrə hökmü elan etməlidir və eks-prezident artıq həbsdədir.
Hakim izah edib ki, Saakaşvilinin qaçması və ya yeni cinayət törətməsi təhlükəsi davam edir, ona görə də həbsin ləğvi ilə bağlı vəsatət ləğv edilib.
Töhfə Səməd
tag: Tiblisi ,Gürcüstan ,Saakaşvili ,Vəkil, todaypress.az,