Saakaşvili rejiminin cinayətlərini öyrənmək üçün komissiya yaradılacaq
Dünya
09.01.2025 15:34
Gürcüstan parlamenti ölkənin sabiq prezidenti Mixeil Saakaşvili rejiminin cinayətlərini araşdıracaq komissiya yaradacaq.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu brifinqdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və həbsdə olan şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq” o, bildirib.
Günəş Mərd
tag: Saakaşvili ,Gürcüstan ,Komissiya, Parlament, todaypress.az,