“Saakaşvili qalib gəlsə, Rusiyaya qarşı ikinci cəbhə açılacaq “

Dünya

30.07.2024 14:32

Gürcüstanda keçirilən parlament seçkilərində eks-prezident Mixeil Saakaşvilinin “Milli Hərəkat” partiyası qalib gəlsə, Rusiyaya qarşı ikinci cəbhə açılacaq. 

TodayPress “Lenta.ru” ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

“Nəzəri olaraq, “Milli Hərəkat”ın geri dönməsinə icazə versək, hər şeydən geridə qalacağıq. Zəmanət verirəm ki, əgər belə bir nəzəri ssenari həyata keçsə, onların burada ikinci cəbhə açması heç bir həftə çəkməyəcək”.       

Siyasətçinin fikrincə, hakim “Gürcü arzusu” partiyasının seçilməsi ölkənin bütün istiqamətlərdə, o cümlədən “Avropa inteqrasiyası yolu”nda daha da irəliləməsi üçün zəruri şərtdir. 

Qeyd edək ki, bundan əvvəl Saakaşvili tərəfdarlarını payızda keçiriləcək parlament seçkilərindən sonra küçə etirazlarına hazırlaşmağa çağırıb.

Günəş Mərd

tag: Saakaşvili, Rusiya, Gürcüstan, Kobaxidze,Seçki, todaypress.az,