Saakaşvili amnistiyadan kənarda qaldı
Gürcüstanda parlament məhbuslara kütləvi amnistiya haqqında qanun layihəsini birinci oxunuşda dəstəkləyib.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, qanun layihəsinə uyğun olaraq, ölkədə məhkum edilmiş şəxslərin təxminən üçdə birinin amnistiyaya cəlb olunması nəzərdə tutulur. Bu isə o deməkdir ki, ölkədəki bütün məhbusların 10 faizi azad olunacaq.
Sənədə əsasən, bu ilin iyulun 1-dək törətdiyi cinayətlərə görə məhkum olunmuş şəxslər amnistiyaya düşə biləcəklər. Qətl, zorakılıq və ya digər ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş vətəndaşların cəzaları isə yüngülləşdirilməyəcək.
Qanun layihəsinin lehinə 82 deputat səs verib. İkinci və üçüncü oxunuşlar Gürcüstan parlamentinin payız sessiyası zamanı baş tutacaq.
Qeyd edək ki, amnistiya Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə şamil edilməyib. Bu bəzi müxalifətçilərin etirazına səbəb olub.
Günəş Mərd
tag: Gürcüstan, Cinayətlər, Deputat, Qətl, todaypress.az,