Rza Zərrab Mayamidə gizli toy etdi

Dünya

18.06.2024 23:10

1126

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşdən boşanan Rza Zərrabın bursalı Dilara Altıntopla evləndiyi iddia edilir.

 

TodayPress Türkiyə mediasına istinadla xəbər verir ki, iddiaya görə, cütlük Mayamidə gözlərdən uzaq toy edib. Zərrab və Altıntopun sürpriz evliliyi sosial şəbəkələrdə və media ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

 

Xatırladaq ki, Zərrab Ebru Gündeşlə 11 il evli olub. Onların bu evlilikdən 1 qız övladları var.

 

Rza Zərrab ABŞ-nin İrana tətbiq etdiyi embarqonu pozmaqda, bank fırıldaqları və çirkli pulların yuyulmasında günahlandırılıb.

 


tag: Rza Zərrab, Ebru Gündeş, Mayami, ABŞ, todaypress.az,