Ryabkov: "NATO-nun Ukraynanı mənimsəmək istəyi sülhə gedən yolu bağlayır"

Dünya

18.12.2024 18:54

1732

"NATO-nun Ukraynanı geosiyasi və hərbi-siyasi cəhətdən mənimsəmək istəyi mövcud böhranın uzunmüddətli siyasi və diplomatik həllinə aparan istənilən yolu birbaşa bağlayır". 

TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Ukrayna ətrafında böhranın yaranmasının birbaşa ABŞ-nin rəhbərlik etdiyi Şimali Atlantika blokunun zərərli fəaliyyəti ilə, yəni Rusiyaya qarşı dərin düşmənçilik edən ittifaqın çox uzun və iddialı genişlənməsi ilə birbaşa əlaqəli olduğunu xatırlamamaq mümkün deyil. Postsovet məkanında NATO-nun sonsuz genişlənmə arzusu, o cümlədən Ukraynanı geosiyasi cəhətdən mənimsəmək və hərbi-siyasi cəhətdən inkişaf etdirmək niyyəti heç bir tərəddüd və məhdudiyyət olmadan indi də davam edir” deyə o bildirib. 

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, söhbət özünü nüvə ittifaqı elan etmiş dünyanın ən böyük hərbi blokunun ən böyük nüvə dövlətlərindən birinin strateji məğlubiyyətinə nail olmaq istəyindən gedir. “Hər kəs güclü nüvə arsenalına malik dövlətlər arasında başa-baş toqquşmanın potensial nəticələri haqqında öz fikirləri əsasında belə strategiyanın risk dərəcəsini qiymətləndirə bilər” deyə o əlavə edib.

Töhfə Səməd

tag: NATO,Ukrayna,Rusiya,Sergey Ryabkov,ABŞ,todaypress.az,