Rutte Kiyevə sülh danışıqlarını təxirə salmağı təklif etdi

Dünya

04.12.2024 13:20

NATO-nun baş katibi Mark Rutte Kiyevə təklif edib ki, alyans Ukrayna ordusuna yeni silah və texnika göndərməklə Ukraynanın danışıqlarda mövqeyini gücləndirənə qədər Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salsın. 

TodayPress xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti baş katibin bəyanatlarına istinadən məlumat yayıb.

“Mark Rutte dekabrın 3-də təklif edib ki, Qərb müttəfiqləri kifayət qədər hərbi yardım göndərənə qədər Ukrayna Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salsın”.

Eyni zamanda, Rutte daha əvvəl qeyd edib ki, NATO üzvləri Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız silah tədarükü məsələsini müzakirə edirlər. 

“Biz bu iki gün də daxil olmaqla (alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı) diqqəti hazırda ehtiyac duyulan şeyə cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması” deyə o, bildirib. 

Onun sözlərinə görə, alyans əmin olmalıdır ki, sülh danışıqları başlayanda Kiyev əlverişli mövqedə olacaq.

Töhfə Səməd

tag: NATO, Ukraniya, Rusiya, Mark Rutte, Todaypress.az,