Rutte: “Avropa Amerika silahlarına daha asan çıxış istəyir”
Dünya
09.01.2025 13:58
Avropalı tərəfdaşları ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı Amerika hərbi sənaye bazarına daha asan çıxış imkanı verməyə razı salmaq niyyətindədir.
TodayPress “n-tv” kanalına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
O, xatırladıb ki, ABŞ müttəfiqlərinin hərbi xərcləri yüz milyardlarla dollar təşkil edir. Lakin ABŞ-nin müdafiə sənayesi liberallaşdırılsa, daha açıq olarsa və Konqres, Pentaqon və Ağ Evdən icazə almalı olmasaydı bu məbləğ daha yüksək ola bilərdi.
Nümunə olaraq NATO-nun baş katibi Avropa ölkələrinin “Patriot” raketdən müdafiə sistemlərinə yüksək tələbat olduğunu qeyd edib.
“Hər biri iki milyarda başa gəlir. Bu, ABŞ iqtisadiyyatı üçün böyük məbləğdir” Rutte vurğulayıb.
Bundan əvvəl Rutte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin zəruriliyindən danışmışdı. O qeyd etmişdi ki, Şimali Atlantika Alyansı hələ uzunmüddətli perspektivdə özünü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmir.
Günəş Mərd
tag: Rutte, ABŞ, İqtisadiyyat ,Atlantika,todaypress.az,