Rutte: "Alyans daha güclü və ölümcül olmalıdır"

Dünya

15.05.2025 13:15

19

"Alyans daha güclü və "ölümcül" olmalıdır". 

TodayPress xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirləri Alyansın o qədər güclü olmasına çalışmalıdır ki, heç kim ona hücum etməyə cəsarət etməsin.

Rutte həmçinin müdafiə xərclərinin artırılmasını və iqtisadiyyatın militarizasiyasını təklif edib. O, həm də NATO ölkələri arasında maliyyə yükünün bərabər bölüşdürülməsinə diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.

Türkan İsgəndərli

tag: Alyans,NATO,Mark Rutte,Müdafiə,todaypress.az,