Rüşvət almaqda şübhəli bilinən 1000-dən çox həkim saxlanıldı

Dünya

17.06.2024 12:17

Cənubi Koreya polisi dərman istehsalçısından rüşvət almaqda şübhəli bilinən 1000-dən çox həkimlə bağlı araşdırmalara başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə Seul polisi məlumat yayıb.

Qeyd edilib ki, həkimlərin “Korean Drug Co” şirkətindən adambaşına bir neçə milyondan on milyonlarla vona qədər “otkat” aldığına dair halların olduğunu təsdiqlənib.

Korrupsiyada şübhəli bilinən həkimlərlə bağlı araşdırmalara başlanılacaq.

tag: Rüşvət, Cənubi Koreya, Seul Polisi, Həkimlər, Korrupsiya, todaypress.az,