Ruslar Pokrovsku atəşə tutdular

Dünya

31.08.2024 14:54

Rusiya qoşunları  Donetsk vilayətinin Pokrovsk şəhərini növbəti dəfə atəşə tutub. 

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, hadisə nəticəsində şəhərdəki yanğınsöndürmə idarəsinə ziyan dəyib. 

"Yanğınsöndürmə məntəqəsinin pəncərələri, xidməti binalardakı tavanlar, təcili tibbi yardım maşını və yanğınsöndürən maşını partlayış və dağıntılar nəticəsində zədələnib" məlumatda deyilir.

Günəş Mərd

tag: Donetsk, Pokrovsk, Rusiya, Ukrayna, Hadisə, Atəş, todaypress.az,