"Rusiyaya zərbələrin endirilməsi ciddi nəticələrə gətirib çıxaracaq"
“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbələr endirməsi ciddi nəticələrə gətirib çıxaracaq”.
TodayPress xəbər verir ki, bu barədə Bundesverin istefada olan generalı Harald Kujat bildirib.
“Uzaqmənzilli silahlar çatdırılarsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası üçün ekzistensial əhəmiyyət kəsb edən hədəflərə hücum etmək qabiliyyəti artacaq və bununla da bu müharibənin genişlənmə riski artacaq” o deyib.
O, qeyd edib ki, Qərb ölkələri yeni qırmızı xətləri keçməmək və geri dönüşü olmayan nöqtəyə çatmamaq üçün diqqətli olmalıdırlar.
Günəş Mərd
tag: Ukrayna,Almaniya,Qərb,Rusiya,Silah,Todaypress.az,