Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olundu
Dünya
08.10.2024 15:30
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iddia edilən “hibrid hərəkətlər” və xaricdəki seçkilərə müdaxiləyə görə yeni sanksiyalar mexanizmini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Aİ Şurasının qətnaməsində deyilir.
Bundan başqa, Böyük Britaniya da Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarını (RCBZ) sanksiyalar siyahısına daxil edib. Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalara həmçinin “RKhBZ” qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, Rusiya Müdafiə Nazirliyinin Moskvadakı 27-ci Elmi Mərkəzi, eləcə də Rusiya Müdafiə Nazirliyinin 33-cü Mərkəzi Tədqiqat Sınaq İnstitutu daxildir.
Britaniya Xarici İşlər Nazirliyi bu qərarı RCBZ-nin Ukraynada kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşıması ilə əsaslandırıb.
Töhfə Səməd
tag: Aİ ,Rusiya, Sanksiyalar ,Ukrayna ,Britaniya ,RCBZ ,todaypress.az,